Azərbaycana qış fəsli daxil olub

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycana qış fəsli daxil olub

Hadisə

21 Dekabr 2020 14:17 1113


Bu gün Azərbaycana qış fəsli daxil olub.

Yenisabah.az xəbər verir ki, planetimizin Şimal yarımkürəsi üçün hər il dekabr ayının 20-si, yaxud 21-i astronomiyada “Qış Günəş duruşu günü” adlanır.

Bu günün Yer kürəsində mövcud olan canlı aləm üçün müstəsna əhəmiyyəti var. Məhz “Qış Günəş duruşu günü” Yerin Şimal yarımkürəsində qış fəsli, Cənub yarımkürəsində isə yay fəsli başlayır. pizza hut

Fəsillərin bir-birini əvəz etməsi Yer kürəsinin Günəş ətrafında bir il ərzində tam dövrə vurmasının təzahürüdür. “Qış Günəş duruşu günü” vaxtı Yer kürəsi öz orbitinin Günəşə ən yaxın nöqtəsinə çatmaq üzrə olur və Yerin Günəşdən olan məsafəsi 147 milyon kilometrdən artıq olur. “Qış Günəş duruşu günü” Yerin Şimal yarımkürəsində ən uzun gecə və ən qısa gün olur. (Report)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!