“Azərbaycana viza ləğv olunmalıdır” –   Təklif

saytların hazırlanması

Evə çatdırılma

“Azərbaycana viza ləğv olunmalıdır” – Təklif

İqtisadiyyat

17 İyun 2019 10:37 1182


“Ümumilikdə Azərbaycan turizmi inkişaf etdirmək istəyirsə, viza məsələsinə yenidən baxılmalıdır. Bir çox ölkələrlə vizanın ləğv edilməsi gündəmə gəlməlidir. Ölkədə “ASAN viza”nın tətbiqi  turizm axınına səbəb olan əsas  faktora çevrildi, nəinki Azərbaycanda keçirilən idman yarışları”. 

Bu sözləri “Yeni Sabah”a  açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib. O əcnəbilər üçün  çoxdəfəlik girişə görə təyin olunan viza rüsumunun təsirlərindən danışıb:

““ASAN viza”xidmətinin təyini  idman yarışlarından daha çox təsirli oldu. Bu doğru qərar idi, amma yarımçıqdır. Ümumilikdə vizaların ləğv olunması və rejimdən imtina Azərbaycanın bir çox ölkələrlə turizmin inkişafına ciddi təkan vermiş ola bilər. Məsələn, Gürcüstanı örnək götürsək, bu günə qədər  108 ölkə ilə vizaları ləğv edib. Bunlar Avropa Birliyi ölkələri, ABŞ, Kanada, Çin, Yaponiya, bir çox ərəb ölkələri, Türkiyə, İrandır. Bu da Gürcüstanda turizm axınının genişlənməsinə, turistlərin sayının artmasına səbəb olan əsas faktorlardan birinə çevrildi. Vizanın tətbiqindən öncə Gürcüstana  ildə cəmi  1,5 milyon turist gəlirdisə, vizaların ləğvi ölkəyə son zamanlar təqribən 7 milyona yaxın  turist gəldiyini deməyə əsas verir”. Marqarita pizza

N.Cəfərli qeyd edib ki, viza məsələsi turistlər üçün əsas maneələrdən biridir:

“Bu maneəni tamamilə aradan qaldırsaq turizmin inkişafında daha yararlı bir addım olar. O cümlədən, ilkin mərhələdə Avropa Birliyi ölkələri, ABŞ-la, Kanada, Çin, Yaponiya ilə vizaların tamamilə ləğvi daha doğru olardı. Çünki bu ölkələrdən gələn turistlərin ölkədə qalma imkanı yoxdur, yəni onlar geri qayıdacaq. Ona görə də onlara müəyyən vizaların tətbiq olunması tamamilə məntiqsiz  yanaşmadır. Viza xərcindən əldə olunan gəlir çox cüzidir. Turist axınının artmasından dövlət büdcəsinə gələn birbaşa və dolayı gəlirlər qat-qat çox olacaq”.

Qeyd edək ki, Milli Məclisin 14 iyunda keçirilən növbədənkənar plenar iclasında ikinci oxunuşda müzakirəyə çıxarılan “Dövlət rüsumu haqqında” qanuna edilən dəyişikliyə əsasən, əcnəbilər üçün çoxdəfəlik giriş vizalarının rəsmiləşdirilməsinə görə dövlət rüsumu 350 ABŞ dolları məbləğində müəyyən edilib.

Əsmər Qabil


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!