Azərbaycana yenidən güclü qar yağır: 19 dərəcə şaxta...

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycana yenidən güclü qar yağır: 19 dərəcə şaxta...

Sosial

27 Fevral 2025 08:59 4217


Azərbaycanda fevralın 27-si saat 08:00-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən “Yeni Sabah”a verilən məlumata görə, hazırda ölkə ərazisinin bəzi yerlərində, eyni zamanda Bakıda və Abşeron yarımadasında qar yağır.

Qar örtüyünün hündürlüyü Qaxda (Sarıbaş) 59, Altıağac, Şəkidə 31, Qəbələdə 28, Qubada 25, Xaltanda 20, Zaqatalada 18, Şahdağda 17, Şahbuz və Oğuzda 16, Daşkəsəndə 15, Qobustan, Qusarda 10, Kəlbəcər, Mingəçevir, Şabran və Gədəbəydə 8, Laçın, Qubadlı, Şuşa və Balakəndə 7, Xankəndı, Füzuli, Xocalı, Göyçay, Yevlax, Tərtər, Naftalan, Kürdəmir, Sabirabad, Neftçala, Bərdədə 5, Bakıda və Abşeron yarımadasında isə 12 sm-dir. Toyuqlu pizza

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 3, Aran rayonlarında 2, Naxçıvan MR-da 11, dağlıq rayonlarda 19 dərəcəyədək şaxta qeydə alınıb.

Yağıntılar fevralın 27-si gündüz saatlarından tədricən kəsiləcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!