“Azərbaycanda türk hərbi bazasına ehtiyac yoxdur”

saytların hazırlanması

Evə çatdırılma

“Azərbaycanda türk hərbi bazasına ehtiyac yoxdur”

Siyasət

11 İyul 2025 23:13 749


Türkiyənin Azərbaycanda hərbi bazasının yaradılmasına ehtiyac olduğunu düşünmürəm.

Yenisabah.az xəbər verir ki, bu sözləri ƏHD Partiyasının sədri Qüdrət Həsənquliyev deyib.

O bildirib: "Biz Türkiyə ilə qonşuyuq, ehtiyac olsa, Türkiyə çox asanlıqla Azərbaycana yardım edə bilər. Amma belə təşəbbüslərlə çıxış etməmişdən öncə öyrənməliyik ki, Türkiyə buna razı olarmı? Sezar pizza

Bu, təkcə bizdən asılı olan məsələ deyil. Rusiyanın etirazı Türkiyə - Rusiya münasibətlərinə ciddi ziyan vura bilər. Türkiyə buna hazırdırmı?

Biz indi Türkiyə ilə daha çox iqtisadi baxımdan inteqrasiya olunmalı, malların, işçi qüvvəsinin, kapitalın sərbəst hərəkət etdiyi ümumi bazar yaratmağa çalışmalıyıq. Azərbaycan regionun inkişafı və təhlükəsizliyi üçün "3+3" formatında əməkdaşlığa və inteqrasiyaya ciddi stimul verməlidir".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!