Azərbaycan–Belçika oyununa nə qədər bilet satılıb? - Açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan–Belçika oyununa nə qədər bilet satılıb? - Açıqlama

İdman

07 Sentyabr 2023 18:23 669


AVRO-2024-ün seçmə mərhələsində keçiriləcək Azərbaycan – Belçika oyununa 4447 bilet satılıb.

Yenisabah.az xəbər verir ki, bu barədə "Report"a AFFA-nın mətbuat katibi Elnur Məmmədli məlumat verib.

“Dalğa Arena”da baş tutacaq qarşılaşma üçün bilet satışı davam edir. Qiymətlər ikinci kateqoriyaya 5, birinci kateqoriyaya 10, VIP-ə isə 50 manat təşkil edir. Arena ümumilikdə 6500 tamaşaçı tutumuna malikdir. Sezar pizza

Qeyd edək ki, sentyabrın 9-da keçiriləcək qarşılaşma saat 17:00-da başlayacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!