Azərbaycanda 1 il əvvəl vəfat edən şəxsi iclasa çağırdılar - Foto

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda 1 il əvvəl vəfat edən şəxsi iclasa çağırdılar - Foto

Sosial

22 Noyabr 2019 08:30 1240


“Port-İliç Xidmət” Açıq Səhmdar Cəmiyyəti dünyasını dəyişmiş səhmdarı Natiq Əliyevə iclasda iştirak etmək üçün bildiriş göndərib.

Bu barədə məlumatı Yenisabah.az- jurnalist Ramin Deko verib. Jurnalist bildirib ki, Natiq Əliyev onun atasıdır və 1 il əvvəl dünyasını dəyişib.

“Atam 6 il yataq xəstəsi olub. Bircə dəfə də olsun evə belə bildiriş gəlməyib. Bir ilə də yaxındı dünyasın dəyişib. Deməli, sonuncu dəfə toplantı ən azı 7 il öncə olub. Birdən yadlarına düşüb ki, toplantı keçirmək lazımdır”, - deyə Ramin DEKO bildirib. Bildirişi təqdim edən jurnalist  sözügedən ASC barədə hər hansı məlumata çalik olmadığını deyib. pizza sifarişi

Açıq mənbələrdə “Port-İliç Xidmət” ASC haqqında heç bir məlumat yoxdur. Güman etmək olar ki, bu ASC “Port-İliç Məişət” ASC ilə eyni qurumdur. 1997-ci ildə yaradılan bu ASC əhaliyə məişət xidməti göstərir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!