Azərbaycanda 10 koronavirus xəstəsinə cinayət işi açıldı

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda 10 koronavirus xəstəsinə cinayət işi açıldı

Kriminal

25 Dekabr 2020 10:46 716


Ötən gün Daxili İşlər orqanlarının əməkdaşları tərəfindən respublika ərazisində karantin rejiminə əməl etməyən 17 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək evə qaytarılıb. 

DİN mətbuat xidmətindən Yenisabah.az-a verilən məlumata əsasən, 10 nəfər barəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işləri başlanıb. Hazırda zəruri istintaq hərəkətləri davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!