Azərbaycanda 10 min dollara civə satmaq istəyən şəxs tutuldu 

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda 10 min dollara civə satmaq istəyən şəxs tutuldu 

Kriminal

26 İyul 2022 12:40 1307


Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə bir nəfər şəxsin satışı qadağan edilən zəhərli kimyəvi maddə olan civə satmaq istəməsi barədə əməliyyat məlumatı daxil olub. 

DİN-dən "Yeni Sabah"a verilən məlumata görə, həyata keçirilən tədbir nəticəsində həmin şəxs Hacıqabul rayon sakini Toğrul Məmmədov 1 kiloqram 618 qram civəni 10 min dollara satmaq istəyən zaman polislər tərəfindən saxlanılıb.

Fakla bağlı Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Məhkəmə Toğrul Məmmədov barəsində həbs qətimkan tədbiri seçib, araşdırmalar davam etdirilir. pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!