Son həftə ərzində Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən qanunsuz miqrasiyaya qarşı keçirilmiş tədbirlər zamanı 100 əcnəbi saxlanılıb.
“Yeni Sabah” Dövlət Miqrasiya Xidmətinə istinadən xəbər verir ki, saxlanılanlardan 10 nəfərinin qanunsuz əmək fəaliyyətinə cəlb edilməsi, 1-nin qeydiyyat ünvanı üzrə yaşamadığı, digər 89 nəfərin isə ölkə ərazisində qanunsuz yaşadıqları müəyyənləşdirilib. Miqrasiya qanunvericiliyini pozan 81 nəfər barəsində inzibati qərarlar qəbul edilib, digər əcnəbilərin Azərbaycan hüdudlarından kənara çıxarılması istiqamətində müvafiq tədbirlər görülür. Dövlət Miqrasiya Xidməti tərəfindən qanunsuz miqrasiyaya qarşı mübarizə çərçivəsində tədbirlər davam etdirilir.
Telegram kanalımız