“Azərbaycanda 100 min Rusiya casusu var!” – Politoloq israr edir

saytların hazırlanması

Evə çatdırılma

“Azərbaycanda 100 min Rusiya casusu var!” – Politoloq israr edir

Siyasət

09 Fevral 2025 10:47 457


"Azərbaycanda 100 000 Rusiya agenti var".

Yenisabah.az xəbər verir ki, bunu LAF TV-yə müsahibəsində politoloq Nəsimi Məmmədli bildirib.

Onun sözlərinə görə, bu rəqəmin mövcudluğuna əmindir. Sezar pizza

Nəsimi Məmmədli qeyd edib: "Çar Rusiyası, sovet dövrü və sonrakı illərdəki proseslər bunu iddia etməyə əsas verir. Bu saya Rusiyanı dəstəkləyən, onun agentura şəbəkəsində yer alan və s. şəxslər daxildir. İranla münasibətlər gərginləşdikdə hökumət Tehrana ideoloji cəhətdən bağlı şəxslərə qarşı sərt addımlar atdığı kimi, indi də Rusiyanı dəstəkləyən qüvvələr əleyhinə mövqe ortaya qoyulacaq.

Əslində, Azərbaycan cəmiyyəti heç vaxt Rusiyanı sevməyib. Bütün bəlalarımızın kökü Rusiyadır. Ona görə də indi Rusiya ilə bağlı artıq diplomatik gedişlər kənara qoyulacaq, əvvəllər riskli sayılacaq addımlar atılacaq".

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!