Azərbaycanda 110 yaşlı qadın koronavirusdan sağalıb -   Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda 110 yaşlı qadın koronavirusdan sağalıb - Fotolar

Hadisə

16 Noyabr 2020 14:57 1694


Goranboyda koronavirusa (COVID-19) yoluxmuş 110 yaşlı qadın sağalıb.

Yenisabah.az-ın məlumatına görə, Goranboy Rayon Mərkəzi Xəstəxanasının baş həkimi İftixar Zeynalov bildirib ki, təxminən 10 gün əvvəl rayonun Bəşirli kənd sakini, 1910-cu il təvəllüdlü Ələkbərova Səmayə Nisbət qızı halsız vəziyyətdə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Dərhal lazımi profilaktik tədbirlər görülüb. Tibbi müdaxilələrdən sonra qadının vəziyyəti yaxşılaşıb.

Baş həkimin sözlərinə görə, 110 yaşlı Səmayə Ələkbərova tam sağalıb və bu gün xəstəxanadan evə buraxılıb. (APA) pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!