Azərbaycanda 15 gün iş olmayacaq - Video

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda 15 gün iş olmayacaq - Video

Sosial

29 Fevral 2020 23:26 1109


Martda yarım ay iş olmayacaq.. Bu isə istirahət etmək istəyənlər üçün göydəndüşmə bir imkandır. Vətəndaşlar isə novruz bayramında bölgələrə üz tutmağa üstünlük verirlər. Bölgələrdəki otellərdə bir həftəlik istirahət isə təxminən günlük səhər yeməyi daxil 500-600 manata başa gəlir. Şənbə və bazar günləri də daxil olmaqla, mart ayında 15 gün qeyri-iş günüdür. Bəzi turizm şirkətləri artıq indidən 3, 5 və 7 günlük turların təşkilinə başlayıb.Turlar əsasən Qəbələ, İsmayıllı, Qusar və qərb bölgəsinə təşkil edilir. Turizm üzrə ekspert Elgün Babayevin sözlərinə görə, bu il koronavirusla əlaqədar əvvəlcədən edilmiş bronların bir qismi qaytarıldığından otellərin doluluq faizi aşağıdır və ona görə də qiymətlər ötən ilə nisbətən ucuzdur. Koronavirusla əlaqədar xarici səfərlər tövsiyə olunmadığından əksər vətəndaşlar da istirahət günlərini ölkəmizdə keçirməyi üstün tuturlar. Gələn ay ilk olaraq Beynəlxalq Qadınlar gününü qeyd ediləcək. Bu dəfə martın 8-i həftənin bazar gününə təsadüf etdiyi üçün martın 9-u da qeyri-iş günü olacaq. Beş günlük iş həftəsi ilə işləyənlər isə üç gün, martın 7-i, 8-i və 9-u istirahət edəcəklər. On gün sonra isə Novruz bayramı ilə bağlı 7 gün qeyri-iş günü olacaq. Nazirlər Kabinetinin qərarı ilə martın 20-dən 24-dək bayram qeyd ediləcək. Martın 21-i və 22-i həftəsonuna düşdüyü üçün qeyri-iş günləridir və bayram günləri ilə üst-üstə düşdüyünə görə bayrama iki gün də əlavə ediləcək. Beləliklə, martın 25-i və 26-sı da istirahət günləri olacaq. https://www.youtube.com/watch?v=gd554aYBC1c
Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!