Azərbaycanda 15 yaşlı oğlan dənizdə batdı

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda 15 yaşlı oğlan dənizdə batdı

Hadisə

17 İyul 2021 17:41 842


Xaçmaz rayonunun Nabran kəndi yaxınlığında dənizdə (“Xaçmaz” sularda xilasetmə məntəqəsindən təqribən bir kilometr aralı, qeyri-çimərlik ərazi) bir nəfər batıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, nazirliyin “112” qaynar telefon xəttinə daxil olan məlumatla FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub. Sezar pizza

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, dənizdə batan 2006-cı il təvəllüdlü Əliyev Malik Sahil oğludur.

Hazırda axtarış tədbirləri həyata keçirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!