Azərbaycanda 16 yaşlı qızı ərə verdilər - VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda 16 yaşlı qızı ərə verdilər - VİDEO

Hadisə

13 İyul 2021 11:08 1196


Şəkidə 16 yaşlı qız ailə qurub.

Yenisabah.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkədə yayılıb.

İlkin məlumata görə, hadisə Şəkinin Dəhnə kəndində qeydə alınıb. Müşgünaz adlı yeniyetmənin Bakının Maştağa kəndinə ərə verildiyi qeyd edilib. pizza

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov Oxu.Az-a açıqlamasında bildirib ki, yayılan görüntülər əsasında araşdırma aparılır:

"Araşdırmanın nəticəsi barədə əlavə məlumat veriləcək".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!