Azərbaycanda 15 yaşlı şagirdini hamilə buraxan müəllimə hökm oxundu

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda 15 yaşlı şagirdini hamilə buraxan müəllimə hökm oxundu

Kriminal

11 Avqust 2020 19:27 1155


"Təşkilat olaraq heç bir zaman belə irgənc mövzuları ictimailəşdirməmişik, ancaq bayaqdan özümüzə yer tapa bilmirik. 15 yaşında az yaşlı düşüncəsi zəif olan uşağı məktəb müəllimi, 60 yaşlı Məmmədov Şəfahət tərəfindən münasibətə girərək hamilə qoyub. Müəllimə bu gün Lerik rayon məhkəməsində hakim Atabəy Kiçikbəyov tərəfindən cəmi 1 il iş kəsilib".

Yenisabah.az xəbər verir ki, bu barədə “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova məlumat verib.

"Bu uşaq aylardır gözümüzün önündədir hamilə olduğunu belə dərk etmir. Sual veririk: bu nə qərardır bu nə ədalətsizlikdir?! Bəs bu uşağın gələcəyi necə olacaq?! O özü heçnəyi anlamır. Bəs bizdəmi başa düşmürük, ya bizim qız övladlarımız yoxdurmu?! pizza

Tək sözlə bunu deyirik, sonu nə olur olsun, bu uşağı müdafiə edəcəyik və bu haqsız qərarla bağı bütün qurumları tək-tək məlumatlandırıb ciddi ölçü götürülməsini tələb edəcəyik!", - deyə məlumatda qeyd edilir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!