Uzun müddət axtarışda olan Astara sakini saxlanılıb.
“Yeni Sabah” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.
Bildirilib ki, Astara Rayon Polis Şöbəsinin və DİN-in Baş Cinayət Axtarış İdarəsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci (Qaçaqmalçılıq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə təqsirləndirilən şəxs qismində barəsində 08.11.2002-ci il tarixində axtarış elan olunmuş Astara rayonunun Şahağacı kənd sakini Ramil Məmmədov saxlanılaraq adiyyatı üzrə təhvil verilib. Dominos pizza
Telegram kanalımız