Azərbaycanda 18 yaşlı tələbə qətlə yetirildi

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda 18 yaşlı tələbə qətlə yetirildi

Kriminal

04 İyul 2021 10:07 1102


Mingəçevir Dövlət Universitetinin tələbəsi bıçaqlanaraq öldürülüb.

Yenisabah.az-ın məlumatına görə, hadisə “Miraj” restoranının ərazisində baş verib.

Mingəçevir Dövlət Universitetinin tələbəsi 2003-cü il təvəllüdlü Məhəmməd Alıyev bıçaqlanaraq qətlə yetirilib. Marqarita pizza

İlkin məlumata görə, qətlə yetirilən tələbə “Miraj” restoranında ofsiant kimi çalışırmış. O, sinə və çənə nahiyəsindən aldığı bıçaq zərbələrindən dünyasını dəyişib.

Qeyd edək ki, öldürülən şəxsin anası Əfsanə Alıyeva şəhər Mərkəzi Xəstəxanasının baş tibb bacısı vəzifəsində çalışır.

Faktla bağlı şəhər Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!