Azərbaycanda 26 siyasi partiyadan 25-i maliyyə hesabatını MSK-ya təqdim etdi

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda 26 siyasi partiyadan 25-i maliyyə hesabatını MSK-ya təqdim etdi

Siyasət

01 Aprel 2025 20:57 243


Azərbaycanda dövlət qeydiyyatında olan 26 partiyadan 25-i 2024-cü il üzrə maliyyə hesabatını Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edib.

Yenisabah.az xəbər verir ki, müvafiq məlumat MSK-nın saytında yerləşdirilib.

Qanunvericiliyə əsasən, siyasi partiyalar illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə hər il aprel ayının 1-dən gec olmayaraq, Mərkəzi Seçki Komissiyasına təqdim etməlidir. pizza mizza

Mərkəzi Seçki Komissiyası aprelin 1-dək illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə təqdim etməyən siyasi partiyalar barədə Ədliyyə Nazirliyinə məlumat verməlidir.

Qeyd edək ki, Azərbaycan Xalq Cəbhəsi Partiyası maliyyə hesabatını MSK-ya təqdim etməyib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!