Azərbaycanda 31 yaşlı futbolçu karyerasını başa vurdu - Foto

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda 31 yaşlı futbolçu karyerasını başa vurdu - Foto

İdman

19 İyun 2024 10:39 459


Azərbaycan millisinin sabiq üzvü Ağabala Ramazanov futbolçu karyerasını başa vurub.

Yenisabah.az xəbər verir ki, bu barədə "Səbail"dən ayrılan oyunçu özü sosial şəbəkə hesabında bildirib.

31 yaşlı futbolçu bu qərarın çox ağır və üzücü olduğunu söyləyib. Marqarita pizza

"Çox ağır və üzücü olsa da, futbolçu kimi karyeramı bitirməyi qərara aldım. Çox sevdiyim futbolu sonlandırmaq məcburiyyətindəyəm. Özümə yeni səhifə açmağın zamanı gəldiyini düşünürəm. Çox ağır zədə almışdım, şükür ki, ailəmin və sevdiklərimin yanındayam. Hər şeyin sonu olduğu kimi, futbol oynamağın da bir sonu var. Azərbaycan millisində və klublarda çıxış etdiyim bütün komanda yoldaşlarıma öz təşəkkürümü bildirirəm, hər kəsə uğurlar!", - deyə o, bildirib.

Qeyd edək ki, A. Ramazanovun sonuncu klubu "Səbail" olub.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!