Azərbaycanda 4 nəfəri maşın vurub öldürdü

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda 4 nəfəri maşın vurub öldürdü

Hadisə

15 Sentyabr 2021 15:24 1068


Sentyabrın 14 və 15-də piyada ölümü ilə nəticələnən 4 yol qəzası olub. 

Daxili İşlər Nazirliyindən Yenisabah.az-a verilən məlumata görə, sentyabrın 14-də saat 1 radələrində Gəncə şəhəri Ü.Hacıbəyov küçəsində müəyyən edilməmiş avtomobillə yolu keçən Samux rayon sakini Tural Mustafayev vurulub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Kəpəz rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən “VAZ-21099” markalı avtomobilin sürücüsü, Gəncə şəhər sakini Ö.İsmayılov müəyyən edilərək saxlanılıb. Marqarita pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!