Azərbaycanda 40 yaşlı kişiyə ərə verilən 17 yaşlı qız toyda başqasına qoşulub qaçdı

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda 40 yaşlı kişiyə ərə verilən 17 yaşlı qız toyda başqasına qoşulub qaçdı

Hadisə

03 Yanvar 2024 11:40 1056


Azərbaycanda 17 yaşlı qızın həyatı təhlükə altındadır. 

Yenisabah.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat paylaşılıb. 

İddia edilib ki, Göygöl rayonunda 2007-ci il təvəllüdlü qız 40 yaşlı kişiyə ərə verilib.  Toyuqlu pizza

Bir müddət sonra isə qız əri ilə getdiyi toyda başqa kişiyə qoşulub qaçıb. 

Həmin şəxs isə bir müddət sonra qızdan imtina edib.

Atası xaricdə olan qızı 11-ci sinif şagirdi olan qardaşının öldürməsi təhlükəsi olduğu iddia edilir. 

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu bildirib ki, faktla bağlı araşdırma aparılır. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!