Azərbaycanda 400 mindən çox ağac əkiləcək

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda 400 mindən çox ağac əkiləcək

Hadisə

01 Mart 2021 14:31 1163


"Yaz ağac əkini mövsümünə 9 martda Zəngilan rayonundan start veriləcək". 

Yenisabah.az-ın məlumatına görə, bunu Meşələrin İnkişafı Xidmətinin rəisi Namik Xıdırov deyib. O bildirib ki, yel çərşənbəsi günündə Zəngilan rayonunun meşə fondu torpaqlarının açıq, seyrək, kəsilmiş və yanğına məruz qalmış ərazilərində Xidmətin əməkdaşlarının iştirakı ilə  karantin qaydalarına əməl olunmaqla yerli şəraitə uyğun müxtəlif meşəcinsli ağaclar əkiləcək, toxumlar səpiləcək:

“Bu yaz əkin planına uyğun olaraq ölkə üzrə 200 hektar meşə fondu torpağında meşəbərpa işlərinin aparlıması, hər bölgənin iqlim şəraitinə uyğun ümumilikdə 400 mindən çox meşəcinsli tinglərin əkilməsi, toxumların səpilməsi nəzərdə tutulub”. pizza hut


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!