Azərbaycanda 45 yaşlı kişi 58 yaşlı qardaşını öldürdü

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda 45 yaşlı kişi 58 yaşlı qardaşını öldürdü

Kriminal

19 Oktyabr 2022 12:03 986


15 iyul 2022-ci ildə Salyan rayon sakini, 1964-cü il təvəllüdlü Ələkbər Abbasovun bıçaqla xəsarət yetirilməsi nəticəsində xəstəxanada ölməsi faktı ilə bağlı Salyan rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə başlanmış cinayət işinin ibtidai istintaqı tamamlanıb.

Rayon prokurorluğundan Yenisabah.az-a verilən məlumata görə, zərərçəkmişin qardaşı 1977-ci il təvəllüdlü Mehman Abbasov şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı birlikdə yaşadıqları evin həyətində Ələkbər Abbasova bıçaqla xəsarətlər yetirib.

Sonuncu almış olduğu xəsarətlərdən yerləşdirildiyi xəstəxanada ölüb. Toplanmış sübutlar əsasında Mehman Abbasova Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib və barəsində həbs qətimkan tədbiri seçilib. Dominos pizza

Cinayət işi baxılması üçün aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!