Azərbaycanda 5 hakim və 2 məhkəmə sədri haqda korrupsiyaya görə intizam icraatı başlanıldı

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda 5 hakim və 2 məhkəmə sədri haqda korrupsiyaya görə intizam icraatı başlanıldı

Kriminal

23 İyun 2020 20:30 2052


Məhkəmə-Hüquq Şurasının bu gün keçirilən növbəti iclasıında xüsusi karantin rejiminin, hakimlərin etik davranış qaydalarının tələblərinin pozulmasına görə Saatlı Rayon Məhkəməsinin sədri İxtiyar Abuşova, qanunvericiliyin tələblərini pozduğuna görə Mingəçevir Şəhər Məhkəməsinin hakimi Ələkbər Hüseynova töhmət verilib.

Yenisabah.az xəbər verir ki, bu barədə "Report"a Ədliyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, 5 hakim, o cümlədən korrupsiyaya və qeyri-prosessual münasibətlərə şərait yaradan hallara yol verdiklərinə görə 2 məhkəmə sədri barədə intizam icraatı başlanılıb. pizza hut

Məhkəmə sisteminə ictimai etimadı azaldan və ədalət mühakiməsinin nüfuzuna xələl gətirən hallara yol verən hakimlər barədə bundan sonra da ən sərt tədbirlərin görüləcəyi bir daha diqqətə çatdırılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!