Azərbaycanda 6 yaşlı uşaq qripdən ölüb? - Nazirlikdən AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda 6 yaşlı uşaq qripdən ölüb? - Nazirlikdən AÇIQLAMA

Sağlamlıq

01 Fevral 2020 09:56 1182


Azərbaycanın baş infeksionisti Cəlal İsayev sosial şəbəkələrdə 6 yaşlı uşağın qripdən ölməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

"Yeni Sabah" xəbər verir ki, C.İsayev Trend-ə açıqlamasında Azərbaycanda qripdən ölüm halının baş vermədiyini açıqlayıb.

Qeyd edək ki, bu gün sosial şəbəkələrdə 6 yaşlı uşağın qripdən ölməsi ilə bağlı məlumatlar yayılıb. Sezar pizza

Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu da bu müəssisədə koronavirusdan ölüm halının baş verməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

İnstitutdan Trend-ə bildirilib ki, bu səhiyyə müəssisəsinə koronavirusa yoluxmuş heç bir xəstə yerləşdirilməyib və koronavirusdan ölüm faktı qeydə alınmayıb:

"Nəinki bu institutda, ümumiyyətlə, Azərbaycanda koronavirusdan ölüm halı baş verməyib. İndiyədək ölkəmizdə koronavirusa yoluxma halı qeydə alınmayıb".

Məlumat üçün bildirək ki, Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda koronavirusla əlaqədar xüsusi palatalar ayrılıb. Koronavirusa yoluxma və ya yoluxmada şübhəli hal qeydə alınarsa, belə xəstələrin stasionar müalicəsi həmin palatalarda aparılacaq.

Xatırladaq ki, yanvarın 30-da Çinin Uhan şəhərindən Azərbaycana gələn bir neçə tələbə Kliniki Tibbi Mərkəzə yerləşdirilmişdi. Tələbələrin heç birində koronavirus xəstəliyi aşkarlanmayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!