Azərbaycanda 7 ayda neçə min insan vəfat edib?   - Statistika

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda 7 ayda neçə min insan vəfat edib? - Statistika

Sosial

23 Sentyabr 2019 21:13 1168


2019-cu ilin 7 ayında Azərbaycanda 33 647 ölüm halı qeydə alınıb.

"Yeni Sabah" "Trend"ə istinadən məlumatına görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 6,1-dən 5,8-ə düşüb.

Cari ilin yanvar-iyul ayları ərzində isə Azərbaycanda 79 861 doğulan körpə qeydə alınıb. Pepperoni pizza

Əhalinin hər 1000 nəfərinə bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 13,8-dən 13,9-a qədər artıb.

Ümumilikdə ilin əvvəlindən ölkə üzrə əhalinin sayı 46417 nəfər və ya 0,5 faiz artaraq 2019-cu il avqust ayının 1-i vəziyyətinə 10027874 nəfərə çatıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!