Azərbaycanda 8-ci sinif şagirdi qaçırıldı 

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda 8-ci sinif şagirdi qaçırıldı 

Hadisə

25 Aprel 2024 15:36 526


Azərbaycanda məktəbli qız evlənmək məqsədilə qaçırılıb. 

Yenisabah.az xəbər verir ki, hadisə Goranboy rayonunda qeydə alınıb. Məlumata əsasən, aprelin 23-də Xoylu kənd məktəbinin 8-ci sinfində təhsil alan qız naməlum şəxs tərəfindən qaçırılıb.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Gəncə regional qrupundan bildirilib ki, faktla bağlı Goranboy Rayon Polis Şöbəsinə müraciət daxil olub. Araşdırmalar zamanı yetkinlik yaşına çatmayan şəxsin evlənmək məqsədilə Şəmkir rayonuna getməsi məlum olub.  Dördpendirli pizza

Goranboy və Şəmkir Rayon Polis şöbələrinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində şəxsin yeri müəyyən edilərək ailəsinə təhvil verilib.

Faktla bağlı araşdırmalar davam etdirilir. (lent.az) 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!