Azərbaycanda ağır qəza: 3 nəfər həlak oldu

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda ağır qəza: 3 nəfər həlak oldu

Kriminal

06 May 2021 07:58 816


Qəbələ rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Ağdaş-Zarağan avtomobil yolunun, rayonun Savalan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Qəbələ rayon Bum kənd sakini Eyyubov Tərlan Tapdıq oğlunun idarə etdiyi "Mercedes" markalı avtomobillə Göyçay rayon sakini Yusifov Nəsib Şakir oğlunun sükanı arxasında olduğu "VAZ-2107” markalı avtomobil toqquşub. pizza hut

Nəticədə "VAZ-2107"-də olan 1964-cü il təvəllüdlü Vilayət Baxış qızı Yusifova hadisə yerində ölüb. Avtomobilin sürücüsü N.Yusifov və sərnişini, 2019-cu il təvəllüdlü Dəniz Ramil qızı Məmmədova Qəbələ Rayon Mərkəzi Xəstəxanasına çatdırılsalar da, xəstəxanada keçiniblər. "VAZ-2017"də olan 36 yaşlı Mehriban Məmmədova, 24 yaşlı Xəyalə Bəkirova və 7 yaşlı İsmayıl Məmmədov müxtəlif dərəcəli xəsarətlər alaraq xəstəxanaya yerləşdiriliblər. Məlumata görə, qəzada ölən və yaralananlar bir ailənin üzvləri və yaxın qohumlardır.

Faktla bağlı araşdırma aparılır. /Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!