Azərbaycanda ağır yol qəzası:   Üç nəfər öldü, ikisi qardaşdır - Yenilənib

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda ağır yol qəzası: Üç nəfər öldü, ikisi qardaşdır - Yenilənib

Hadisə

27 Yanvar 2020 19:26 1552


Şəmkirdə baş vermiş ağır yol qəzasında ölənlərin şəxsiyyətləri məlum olub.

"Yeni Sabah" xəbər verir ki, qəza zamanı 1977-ci il təvəllüdlü Habil Hüseyn oğlu Əmiraslanov, onun qardaşı, 1973-cü il təvəllüdlü Şahin Huseyn oğlu Əmiraslanov və əmisi oğlu, 1983-cü il təvəllüdlü Ramil Söhrab oğlu Əmiraslanov həlak olublar. 

Qeyd edək ki, hadisə Bakı-Qazax avtomobil yolunun Şəmkir rayonunun şərti olaraq "Kraz yolu" adlanan ərazisində qeydə alınıb. Marqarita pizza

Faktla bağlı araşdırma aparılır. /Report

***

Şəmkirdə baş vermiş ağır yol qəzasında ölənlərin sayı artıb. 

"Yeni Sabah" xəbər verir ki, qəza zamanı ağır xəsarət almış yaralılardan biri xəstəxanada dünyasını dəyişib.

Bununla da qəzada ölənlərin sayı üç nəfərə çatıb. Məlumata görə, ölənlərdən ikisi qardaşdır. 

Qeyd edək ki, hadisə Bakı-Qazax avtomobil yolunun Şəmkir rayonunun Üçtəpə kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. 

Faktla bağlı araşdırma aparılır.  /Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!