Azərbaycanda ağır yol qəzası: Ölən və yaralanan var

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda ağır yol qəzası: Ölən və yaralanan var

Hadisə

20 Dekabr 2019 19:46 1258


Bakı-Şamaxı yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Yeni Sabah" xəbər verir ki, hadisə bu gün axşam saat 21:40 radələrində yolun 78-ci kilometrliyində, Qobustan rayonunun Ceyrankeçməz adlı ərazisində qeydə alınıb.

"Mercedes" markalı yük avtomobili qarşı tərəfdə eyni istiqamətdə hərəkətdə olan "KamAZ" markalı yük avtomobilinə arxa tərəfdən çırpılıb. Hadisə zamanı "Mercedes"də olan sərnişin aldığı ağır xəsarətlər səbəbindən hadisə yerində ölüb, sürücü ağır xəsarət alıb. Dördpendirli pizza

Hadisə yerinə FHN-in xilasediciləri cəlb olunub. Deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalaraq dünyasını dəyişən və xəsarət alan şəxslərin çıxarılması üçün xilasetmə işlərinə başlanılıb.

Faktla bağlı araşdırma aparılır. /APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!