Azərbaycanda ağır yol qəzası:   Ölənlər və yaralananlar var

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda ağır yol qəzası: Ölənlər və yaralananlar var

Hadisə

23 Avqust 2024 20:14 759


Zaqatalada iki minik avtomobili toqquşub, ölənlər var.

APA-nın məlumatına görə, hadisə axşam saat 18:30-da Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun Zaqatala rayonu ərazisində, "Şimşək" adlanan hissəsində baş verib.

İlkin məlumata görə, hərəkətdə olan iki minik avtomobili toqquşub. Qəza nəticəsində iki nəfər hadisə yerində həyatını itirib, yaralıların olduğu bildirilir. Sezar pizza

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən xilasediciləri cəlb ediliblər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!