Azərbaycanda alim vəfat etdi - Foto

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda alim vəfat etdi - Foto

Hadisə

02 Yanvar 2022 13:48 1138


Yanvarın 1-də pedaqoq və metodist, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Mədinə Qiyasbəyli dünyasını dəyişib.

Yenisabah.az xəbər verir ki, bu barədə Bakı Slavyan Universiteti məlumat yayıb.

Bildirilib ki, Mədinə Qiyasbəyli uzun sürən xəstəlikdən sonra vəfat edib. pizza hut

Qeyd edək ki, Mədinə Qiyasbəyli 1948-ci il mayın 6-da Bakı şəhərində anadan olub. Mədinə Qiyasbəyli xarici dil kimi rus dili üzrə tədris vəsaitləri komplektlərinin hazırlanmasına ciddi töhfələr verən metodist-alim olub.

Uzun illər çalışdığı BSU-nun Rus dili və onun tədrisi metodikası kafedrasında, Heydər Əliyev adına Müasir Təhsil Kompleksində həmkarları ilə birgə hazırladığı dərslik komplektləri yerli və əcnəbi təhsilalanlar üçün əvəzolunmaz tədris resursları idi.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!