Azərbaycanda aliment borcunu ödəyməyən kişi həbs edildi

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda aliment borcunu ödəyməyən kişi həbs edildi

Kriminal

18 Avqust 2022 12:04 1327


Gəncədə məhkəmə tərəfindən təyin olunmuş alimenti ödəməyən şəxs həbs olunub.

“Yeni Sabah” xəbər verir ki, Samux rayon Sərkar kənd sakini 1979-cu il təvəllüdlü Aydın İbrahimov barəsində Cinayət Məcəlləsinin 306.1-ci (Məhkəmənin hökmünü, qərarını, yaxud digər aktını icra etməmə) maddəsi ilə iş açılıb. İşə Gəncə şəhər Kəpəz rayon məhkəməsində baxılıb. Məlumata görə, Aydın İbrahimov ailə həyatı qurduğu Vəfa Sadıqovadan 2013-cü ildə boşanıb. Məhkəmə onun 2006 və 2008-ci il təvəllüdlü övladlarının anasında qalmasına və Aydının uşaqların hər biri üçün hər ay 80 manat (ümumilikdə 160) manat aliment ödəməsinə hökm edib. Lakin A. İbrahimov bu məbləği ödəməyib və onun ümumilikdə 8160 manat borcu yaranıb. 

Məhkəmədə çıxış edən Aydın İbrahimov bildirib ki, o, daha öncə 2013-cü ildə çıxarılan qətnamə üzrə 28 mart 2017-ci il tarixədək hesablanmış aliment borcunu ödəmədiyinə görə barəsində cinayət işi başlanılıb və Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 22 yanvar 2018-ci il tarixli hökmü ilə bir il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.  pizza sifarişi

Kəpəz Rayon Məhkəməsinin bu ilin 18 may tarixində çıxardığı hökmə əsasən, A.İbrahimova alimenti ödəmədiyinə görə 1 il həbs cəzası verilib. 

Nəzrin CAVADZADƏ 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!