Azərbaycanda ata-bala əlbir olub qadını soydular - Video

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda ata-bala əlbir olub qadını soydular - Video

Kriminal

04 Sentyabr 2020 20:13 876


Gədəbəydə qadına qarşı soyğunçuluq edilib.

Yenisabah.az Baku TV-yə istinadən xəbər verir ki, Şabran rayon sakini Natiq Zülfüqarov yetkinlik yaşına çatmayan oğlu ilə birlikdə Gədəbəy rayonunda soyğunçuluq edib.

Ata və oğul parkda gəzən qadının cibində pul gördükdən sonra onu izləməyə başlayıblar. Qadını yaşadığı ünvana qədər təqib edən “qəhrəmanlar” sonda öz çirkin niyyətlərini reallaşdırıblar. Saxlanılan şəxslər törətdikləri cinayət əməlini etiraf edərək ələ keçirdikləri mobil telefonu satdıqlarını, pulu isə xərclədiklərini deyiblər. Bundan başqa, istintaq zamanı atanın Şəmkir rayonu ərazisində oğurluq etdiyi, oğlunun isə Bakıda soyğunçuluq törətdiyi məlum olub. Marqarita pizza

Natiq Zülfüqarov əməli haqqında belə danışıb:

“Evin arxa tərəfindən içəri girdim. Qapını açanda gördüm, uşağı yelləyir. Dedim pullar var, arxa cibində, bayaq görmüşəm. Dedi pul yoxdur. Stolun üstündə pul qabını görüb üstünə tərəf getdim. Pul qabının ağzını açanda üstümə gəldi, mən də itələdim. İçərisində 900 manat pul var idi. Bunu götürdüm, bir telefonu, bir də əlavə 70 manat pulu götürdüm”.

Hər iki şəxs barəsində Gədəbəy rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. İstintaq araşdırmaları davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!