Azərbaycanda Avropa çempionuna vaxtından əvvəl rütbə verildi

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda Avropa çempionuna vaxtından əvvəl rütbə verildi

İdman

12 Aprel 2022 13:52 1196


Müdafiə nazirinin birinci müavini, Azərbaycan ordusunun baş qərargah rəisi general-polkovnik Kərim Vəliyev Macarıstanda keçirilmiş güləş üzrə Avropa çempionatında qızıl medal qazanan dünya və üçqat Avropa çempionu Rafiq Hüseynovla görüşüb. 

Yenisabah.az xəbər verir ki, Vəliyev Müdafiə Nazirliyinin rəhbərliyi adından Mərkəzi Ordu İdman Klubunun idmançısını qələbə münasibətilə təbrik edib.
 
Baş qərargah rəisi görüşün sonunda baş leytenant Rafiq Hüseynova vaxtından əvvəl növbəti hərbi rütbənin verilməsi barədə müdafiə nazirinin müvafiq əmrini çatdıraraq, ona “kapitan” poqonlarını və qiymətli hədiyyə təqdim edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!