Azərbaycanda avtomobil daşıyan yük maşını qəzaya düşdü

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda avtomobil daşıyan yük maşını qəzaya düşdü

Kriminal

27 Dekabr 2021 09:39 774


Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə gecə saatlarında Bakı-Qazax avtomagistralının Goranboy rayonundan keçən hissəsində, Gorançayın üzərindəki körpüdə qeydə alınıb.

Üzərində 5 minik, 1 yük maşını olan iritonnajlı avtomobilin sürücüsü idarəetməni itirərək əvvəlcə maşını Gorançayın üzərindəki körpünün beton konstruksiyasına, daha sonra isə dəmir arakəsmələrə çırpıb. Toyuqlu pizza

Zərbənin gücündən avtomobillərdən biri yük maşından düşərək əzilib, digərləri isə zədələnib.

Sürücüyə hadisə yerində tibbi yardım göstərilib. Yol-nəqliyyat hadisəsi baş verən ərazidə avtomobillərin hərəkətində müəyyən çətinlik yaranıb.

Yol infrastrukturuna da ciddi ziyan dəyib. Hadisənin başvermə səbəbləri araşdırılır. /APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!