Azərbaycanda bağlanma riski olan bank yoxdur - Taleh Kazımov

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda bağlanma riski olan bank yoxdur - Taleh Kazımov

İqtisadiyyat

26 İyul 2023 12:00 2816


Hal-hazırda Azərbaycanda ciddi bir problemi olan bank yoxdur. Bankların əsas maliyyə göstəriciləri kifayət qədər normaldır, ciddi risklər yoxdur. 

Yenisabah.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının faiz dəhlizinin parametrlərinin müəyyən edilməsi ilə bağlı keçirdiyi mətbuat konfransında sədr Taleh Kazımov deyib. 

"Bir bankın bağlanması tendensiya deyil. Bizim əsas məqsədimiz maliyyə sabitliyini təmin etmək, iqtisadi artıma töhvə verməkdir.  pizza

Maliyyə sabitliyinə xələl gətirəcək maliyyə təşkilatı, bank və ya sığorta şirkəti olarsa onlara əvvəlcə xəbərdarlıq edilir, bu barədə səhmdarlara müraciət edilir. Nöqsanlar aradan qaldırılmadığı halda onun fəaliyyətinə baxmaq olar" - deyə, AMB sədri əlavə edib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!