Azərbaycanda bahalaşan və ucuzlaşan məhsullar   - SİYAHI

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda bahalaşan və ucuzlaşan məhsullar - SİYAHI

İqtisadiyyat

20 Aprel 2021 01:18 843


Azərbaycanda bahalaşan və ucuzlaşan məhsullar məlum olub.

Yenisabah.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin saytında qeyd olunub.

Məlumata görə, cari ilin mart ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox bahalaşma düyünün, unun, manna və qarabaşaq yarmasının, makaron məmulatlarının, peçenyenin, vaflinin, toyuq ətinin, təzə və dondurulmuş balığın, südün, yoqurtun, xamanın, kəsmiyin, pendirin, kərə və bitki yağlarının, limonun, portağalın, naringinin, kivinin, bananın, almanın, armudun, heyvanın, narın, qozun, fındığın, kələmin, pomidorun, yerkökünün, çuğundurun, balqabağın, kartofun, soğanın, şəkər və şəkər tozunun, konfetlərin, çayın, mineral suların, limonadın, arağın, tütün məmulatlarının qiymətində baş verib. Marqarita pizza

Ucuzlaşma isə yumurtanın və xiyarın qiymətlərində müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!