Azərbaycanda bank rebrendinq etməyi planlaşdırır. Söhbət “Nikoil Bank” ASC-dən gedir.
“Yeni Sabah” Fed.az-a istinadən xəbər verir ki, məlumata görə, avqust ayından etibarən “Nikoil Bank” fəaliyyətini “Yellow Bank” adı ilə davam etdirəcək.
Yenilik Bankın əməkdaşlıq etdiyi ingilis reklam şirkətinin məsləhəti ilə həyata keçirilir və bankın imicini artırmaq məqsədi daşıyır. pizza mizza
Bank bununla bağlı Maliyyə Bazarlarına Nəzarət Palatasına rəsmi şəkildə müraciət etməyə hazırlaşır. Bankın adının dəyişdirilməsi və yeni loqonun hazırlanması ilə bağlı işlər davam etdirilir.
Mənbənin verdiyi məlumata görə, rebrendinqdə əsas məqsəd “Nikoil Bank”ın müsbət imicini bərpa etməkdir.
Son 3 il “Nikoil Bank” üçün ağır keçib. 2015-ci ildə baş verən devalvasiyalarla yanaşı, bankın rəhbərliyindəki problemlər, qurumun göstəricilərini kəskin pisləşdirmişdi. “Nikoil Bank” 2018-ci ili ən böyük zərərlə baş vuran iki bankdan biri olmuşdu. Kredit, depozit potfeli və aktivlər azalmışdı. Yalnız 2019-cu ildən bank yenidən mənfəətə qayıdıb. Rebrendinq və yeni ad banka müsbət imicini bərpa etməyə imkan yarada bilər.
Telegram kanalımız