Azərbaycanda bələdiyyə sədrinə cinayət işi açıldı

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda bələdiyyə sədrinə cinayət işi açıldı

Kriminal

13 İyul 2021 09:41 1014


Azərbaycanda bələdiyyə sədri barəsində cinayət işi başlanılıb.

Yenisabah.az xəbər verir ki, Şabran rayonu Pirəbədil bələdiyyəsinin sədri Nuriyev Camaləddin Müzafəddin oğlu barəsində Cinayət Məcəlləsinin 309.2-ci (Vəzifə səlahiyyətlərini aşma, zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.

Onun barəsində aparılan ibtidai istintaq başa çatıb. C. Nuriyev barəsində toplanan cinayət işi materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Pepperoni pizza

Cinayət işi hakim Eldar İsmayılovun icraatına verilib.

Qeyd edək ki, C. Nuriyev 10 ildən artıq Pirəbədil bələdiyyəsinin sədri olub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!