Azərbaycanda benzin istehsalı artdı

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda benzin istehsalı artdı

İqtisadiyyat

25 Oktyabr 2021 23:27 1068


Azərbaycanda cari ilin yanvar-sentyabr aylarında avtomobil benzinin istehsalı 7,4 faiz artıb.

Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, qeyd olunan müddət ərzində neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 3 milyard 282,0 milyon manat olmaqla, əvvəlki ilin yanvar-sentyabr ayları ilə müqayisədə 17,7 faiz artıb.

Neft-kimya sənayesində istifadə üçün benzinin istehsalı 92,2 faiz, sürtkü yağlarının Pepperoni pizza

istehsalı 63,9 faiz, neft koksunun istehsalı 34,3 faiz, dizel yanacağının istehsalı 22,1 faiz, neft bitumunun istehsalı 9,3 faiz, yanacaq mazutunun istehsalı isə 23,6 faiz azalıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!