“Şahdağ bizim ən böyük turizm mərkəzimizdir. Bu birləşdirilib, mərkəzi Xaçmaz rayonuna salınıb. Digər bölgəni isə Zərdaba salıblar. Zərdabda turizm var? Buna görə də, qərar verəndə məsələlər düzgün qiymətləndirilməlidir”.
“Yeni Sabah” Oxu.Az-a istinadən xəbər verir ki, bunu Milli Məclisin iclasında parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.
O bildirib ki, bəzi rayonlar birləşdirilməlidir. pizza mizza
Eyni zamanda, S.Novruzov Azərbaycanın Qərb bölgəsində təhsil idarələrinin mərkəzləşdirilməsini tənqid edib:
“Qazaxdan Gəncəyə qədər insanlar bir qurum üçün kilometrlərlə yol qət edirlər. Hər rayonda bizim kifayət qədər məktəblərimiz var. Hər rayonun özünün təhsil şöbəsi olmalıdır. Bu gün mərkəzləşmə etməyin nə mənası var?!”.
Telegram kanalımız