“Azərbaycanda bir ailənin normal dolanması üçün 2500-3000 dollar lazımdır”

saytların hazırlanması

Evə çatdırılma

“Azərbaycanda bir ailənin normal dolanması üçün 2500-3000 dollar lazımdır”

Sosial

17 May 2025 13:42 11893


“Azərbaycanda yetərincə iş yerləri yoxdur. Real vəziyyət budur ki, işsizlik, rəsmilərin dediyi kimi, 5 faiz deyil, əmək qabiliyyətli əhalinin təxminən yarısı qədərdir”.

Bunu "Yeni Sabah"a iqtisadçı Vahid Məhərrəmov deyib.

O bildirib ki, son vaxtlar Rusiyadan göndərilən maliyyənin məbləği də dəfələrlə azalıb: pizza sifarişi

“İstənilən azərbaycanlı bilir ki, onun nəslindən olan neçə adam işləyir, neçəsi işsizdir. İşsizlərin gündəlik xərcini xaricdə yaşayıb işləyən qohumları təmin edir.

Ukrayna ilə müharibəyə qədər Rusiyada işləyən vətəndaşlarımız Azərbaycana il ərzində təxminən 2-3 milyard dollar pul göndərə bilirdi. Son vaxtlar isə Rusiyadan göndərilən maliyyənin məbləği dəfələrlə azalıb. Məsələn, 2022-ci illə müqayisədə 2024-cü ildə 6 dəfə. Əgər 2022-ci ildə həmin fiziki şəxslər ölkəyə 3 milyard dollar göndərilmişdisə, ötən il bu rəqəm 479 milyon dollara düşüb”. 

Ekspert vurğulayıb ki, Azərbaycanda bir ailə üçün normal yaşayış üçün aylıq gəlir təxminən 2500-3000 dollar civarında olmalıdır:

“Bir çox məhsul və xidmətin qiyməti artıb. Baxmayaraq ki, əməkhaqqında artım çox cüzidir, o da bu ildən. Əgər minimum əməkhaqqı 345 manat idisə, indi 400 manat olub. Amma manatın alıcılıq qabiliyyəti 2020-ci ildən bəri xeyli düşüb və eniş davam edir.

2021-ci ilin ilk günlərində dizel və benzin yanacağının, suyun və kommunal xidmətlərin qiymətləri artırıldı. Ümumiyyətlə xərclər artır, gəlirlər isə bir o qədər artmır. Məsələn, 2020-ci ildən bəri təkcə dizelin qiyməti 2 dəfə artıb. Paralel olaraq istehsal və daşınma xərcləri də.

Son vaxtlar görürük ki, inflyasiyanın səviyyəsini süni şəkildə birrəqəmli olaraq saxlamağa çalışırlar. Reallıqda bazardakı malın qiyməti yüksəkdir. Əməkhaqqını manatla müəyyən etmək düzgün olmaz. Malın, məhsulun qiyməti artır, xərclər artır. Belə olan halda manat da dəyərdən düşür.

Hazırda meyar dollardır. Beynəlxalq istehlak normalarını, kommunal və digər xərcləri nəzərə alsaq, 2500-3000 dollar aylıq qazancla bir ailə normal yaşaya bilər. Minimum hədd isə 1500 dollardır. Azərbaycan şəraitində bir ailə üçün normal yaşayış üçün tələb olunan aylıq gəlir təxminən bu qədərdir”.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Gulnar
    Salam men 2 esker boyuduram be sosyal ne mayisimiz yoxdu yoldawim iwsiz galib.evi itirmegden cox gorxurug ayda 700manat kredit oduyuruy.her seyin giymeti galxib neca edek bilmirik.bize bur komeklik gosterin is yox pul yox borc boxazacan.niya bizde xaricidekler kimi olkemizden yararlana bilmirik axi
    12 months ago
  • Nizami
    Evdə iki nəfərlik yoldaşım işləyir 7000 kredit ödeyir 231 AZN maaşı alır 120 AZN kredit ödəyirik 111 AZN bizim kommunal yemək və sairə . Demək olar ki evdə qiymətli nə var satıb yemişik 55 yaşim var iş də yoxdur
    12 months ago