Azərbaycanda bir gündə koronavirusa yoluxma sayı 500-ü keçdi,   6 nəfər öldü - RƏSMİ

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda bir gündə koronavirusa yoluxma sayı 500-ü keçdi, 6 nəfər öldü - RƏSMİ

Sağlamlıq

23 İyun 2020 19:11 1072


Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 508 yeni yoluxma faktı qeydə alınıb, 335 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Yenisabah.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 6 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 13 715 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 7 503 nəfər müalicə olunaraq sağalıb, 167 nəfər vəfat edib, 6 045 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. pizza

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6464, ötən müddət ərzində isə ümumilikdə 432 858 test aparılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!