Azərbaycanda 15 milyon manata gümüş pul satılır - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda 15 milyon manata gümüş pul satılır - Fotolar

Maraqlı

18 Yanvar 2024 20:15 1197


Azərbaycanda bir milyon manata gümüş pul satılır.

Yenisabah.az Oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı məşhur saytlardan birində elan paylaşılıb. 

Belə ki, gümüş sikkə Türkiyə höküməti tərəfindən Azərbaycanın 100 illiyi ilə əlaqədar olaraq 2018-ci ildə buraxılıb. Sikkənin hərrac qiyməti isə bir milyon manatdan başlayır. pizza sifarişi

Həmçinin, Azərbaycanda Gəncə xanlığı dövründə buraxılmış gümüş pul (Abbası) satışa çıxarılıb.

Bununla bağlı elan saytlarının birində məlumat yerləşdirilib.

Çəkisi 4,5 qram olan bu gümüş pulun Gəncə xanı Məhəmmədhəsən xanın dövründə buradakı zərbxanada hazırlandığı iddia edilib. Sözügedən sikkənin 1764-cü ildə (hicri 1178) zərb edildiyi qeyd olunub. Elan saytında təqdim edilən gümüş pul 15 milyon manata təklif olunur.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!