Azərbaycanda bir neçə sahibkar haqqında cinayət işi açıldı

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda bir neçə sahibkar haqqında cinayət işi açıldı

Maraqlı

08 Avqust 2022 17:03 1501


Azərbaycanda bir neçə sahibkara qarşı cinayət işinin icrasına başlanılıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat yayıb.

Qurumun cinayət təqibindən kənar icraatlar idarəsində vətəndaşların ərizələri və səlahiyyətli dövlət qurumlarının məlumatları əsasında Ağdam, Ağcabədi və Siyəzən rayonlarının ərazisində qanunsuz qum-çınqıl hasilatı faktları ilə bağlı araşdırmalar aparılıb. pizza

Ağdam rayonu ərazisində “Qarqarçay” qum-çınqıl yatağında hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs Elman Nəcəfova ayrılmış ərazidən kənarda, Ağcabədi rayonu ərazisində “Qarqarçay” qum-çınqıl yatağında sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs Əliş Əhmədova ayrılmış ərazidən kənarda, Siyəzən rayonu ərazisində “Gilgilçay” qum-çınqıl yatağında hüquqi şəxs - “Rivaes” MMC-nə ayrılmış ərazidən kənarda qanunsuz qum-çınqıl hasilatı işlərinin aparılmasının faktları aşkar edlib.

Fakt üzrə Cinayət Məcəlləsinin 188.1 (torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma), 255.1 (yerin təkinin qorunması və istifadəsi qaydalarını pozma) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanaraq istintaqın aparılması üçün Baş Prokurorluğun İstintaq idarəsinə göndərilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!