Azərbaycanda bölgə klubu fəaliyyətini dayandıracaq

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda bölgə klubu fəaliyyətini dayandıracaq

İdman

15 May 2025 18:14 410


"Azərbaycanın II Liqasında çıxış edən "Füzuli" klubu II Liqadan düşsə, böyük ehtimalla Region Liqasında iştirak etməyəcək".

Yenisabah.az Sport24.az-a istinadən xəbər verir ki, bu sözləri "Füzuli"nin təsisçilərindən biri olan Vasif İsmayılov deyib.

İsmayılov komandasının dağılma təhlükəsi ilə üz-üzə olduğunu dilə gətirib. Pepperoni pizza

"Kiminsə kluba sponsorluq edəcəyinə inanmıram. İllərdir bu komandaya kimlərsə köməklik edib, amma bu davamlı olmayıb. Görünən odur ki, klub sponsorsuz qalacaq və fəaliyyətini dayandıracaq. "Füzuli" adlı klubun tarixə qovuşması an məsələsidir".

Qeyd edək ki, "Füzuli" II Liqada 25 turdan sonra 15 xalla sonuncudur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!