Azərbaycanda bu adlar qadağan edildi   - Siyahı - Video

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda bu adlar qadağan edildi - Siyahı - Video

Sosial

07 Oktyabr 2019 19:42 2551


Sentyabr ayında Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının nəzdində yaradılmış Adlar və Soyadlar üzrə Xüsusi Komissiyaya adlarla bağlı Ədliyyə Nazirliyinin qeydiyyat şöbələrindən daxil olan 68 müraciətə baxılıb.

"Yeni Sabah" xəbər verir ki, bu barədə "Xəzər TV"yə Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini, professor Sayalı Sadıqova deyib.

Onun sözlərinə görə, müraciətlərdə qeyd olunan 22 adın körpələrə qoyulması tövsiyə edilməyib və valideynlərin həmin adları övladlarına qoymaq cəhdlərinin qarşısı alınıb: "Küheyl, Sofu, Saida, Əliyənaqi, Əliyənvəluyullah, Kapitalina, Həzrətəli, Meysəm, Ezel, Sada, Rina, Füruri, Sülhe, Nəroğlan, Ülya, Əliaçıq, Nağdı, Çiçəklən, Yaxşıtəhər, Qulfallah, Fatehsultan adlarının qoyulmasına müsbət cavab verilməyib. Ümumiyyətlə, bu adların uşaqlara qoyulması qadağan edilib”. Toyuqlu pizza

S.Sadıqova əlavə edib ki, ötən ay bir neçə yeni adların (Şahəddin, Nəyyur, Uyqunə, Nurruh, Tamər, Aiza və s.) adlarının qoyulmasına isə icazə verilib.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!