Azərbaycanda bu bankdan 45 milyon manat depozit geri çəkilib

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda bu bankdan 45 milyon manat depozit geri çəkilib

İqtisadiyyat

01 Noyabr 2023 09:08 2684


2023-cü ildə şirkətlər və əhali “Ziraat Bank Azərbaycan”dan əmanətinin 45 milyon manatdan çoxunu geri çəkib. 

"Yeni Sabah"  bu barədə bankın maliyyə hesabatına istinadən xəbər verir. Hesabata əsasən bu ilin III rübündə Bankda fiziki şəxslərin tələbli depozitlərinin həcmi 22,23 milyon manat təşkil edib. Bu isə ilin əvvəli ilə müqayisədə 6,5% və ya 1,6 milyon manat azdır. 2023-cü il yanvarın 1-nə əhalinin bankdakı tələbli əmanətlərinin həcmi 23,81 milyon manata bərabər olub. 

Şirkətlərin “Ziraat Bank Azərbaycan”dan geri çəkdiyi əmanətlərin həcmi isə daha böyükdür. Belə ki, bankda hüquqi şəxslərindən müddətli depozitləri bu il 2 dəfə və ya 44,1 milyon manat azalaraq 44,29 milyon manata enib. Bu ilin yanvarın 1-də bu rəqəm 88,42 milyon manat təşkil edib.  Dominos pizza

Bu ilin III rübü üzrə “Ziraat Bank Azərbaycan”ın ümumi depozit portfeli isə 391,91 milyon manat təşkil edib. Bu da ilin əvvəlinə nisbətən 23,3% çoxdur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!