Azərbaycanda bu bankın depozitləri 11 milyon, mənfəəti isə 1 milyona yaxın azalıb

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda bu bankın depozitləri 11 milyon, mənfəəti isə 1 milyona yaxın azalıb

İqtisadiyyat

23 Oktyabr 2023 10:24 2733


“Azərbaycan Sənaye Bankı” 2023-cü ilin III rübündə 3,48 milyon xalis mənfəət əldə edib.  

“Yeni Sabah”ın hesablamasına görə, bu,  2022-ci ilin eyni dövrünə nisbətən 19.8% və ya 857 min azdır. Belə ki, 2022-ci ilin müvafiq dövründə bank 4,34 milyon manat xalis mənfəət açıqlamışdı.  

Hesabat dövründə bankın faiz gəlirləri 33.6% artaraq 24,45 milyon manat, faiz xərcləri isə 51.5% artaraq 12,44 milyon manat təşkil edib. Bu dövrdə bankın qeyri-faiz gəlirləri 8,3 milyon manata (illik müqayisədə 12.2% çox), qeyri-faiz xərcləri isə 15.8 milyon manata (illik müqayisədə 19.1% çox) bərabər olub. Beləliklə, bank bu dövrdə 4,5 milyon əməliyyat mənfəəti əldə edib. Sezar pizza

Bank bu il 5,4% kiçilib. Belə ki, cari ilin oktyabrın 1-nə bankın aktivləri ilin əvvəli ilə müqayisədə 40.1 milyon manat azalaraq 707,51 milyon manata enib. Cari ilin ilk 9 ayında “Azərbaycan Sənaye Bankı”nın kredit portfeli (müştərilərə verilmiş kreditlər) 0.9% və ya 2.1 milyon manat artaraq 243,71 milyon manata çatıb.

Bu dövrdə “Azərbaycan Sənaye Bankı”nın cəmi öhdəlikləri 594,23 milyon manat təşkil edib ki, bu da ilin əvvəlinə nisbətən 6.8% və ya 43.3 milyon manat azdır. Bankın depozit portfeli də cari ilin ilk 9 ayında 2.4% və ya 10.9 milyon manat azalaraq 438,8 milyon manata enib.

2023-cü il oktyabr ayının 1-nə “Azərbaycan Sənaye Bankı”nın cəmi kapitalı ilin əvvəli ilə müqayisədə 2.9% və ya 3.2 milyon manat artaraq 113,28 milyon manat təşkil edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!